Türkiyə ve Azərbaycan arasında, 03.05.2002 tarixində imzalanmış, 22.10.2002 tarixində dərc olunaraq qüvvəyə minən , “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında “MÜQAVİLƏ” mövcuddur. Bu anlaşma Azərbaycan ile Türkiyə arasında hər iki tərəfin Ədliyyə Naziri tərəfindn 3 May 2002 tarixində Bakıda imzalanmışdır. Saziş hər iki ölkə arasındakı mülki ve ticarət sferalarında əməkdaşlıq üçün, mülki və ticarət işlərinə dair məhkəmə qərarlarının tanınması və icra edilməsini tənzimləmək üçün nəzərdə tutulmuşdur. Xarici Məhkəmə qərarlarının tanınması və icra edilməsinin tənzimlənməsi Ali Məhkəmə tərəfindən həyata keçirilməktədir. Bu sazişe görə müqavilə tərəfinin vətəndaşları digər müqavilə tərəfi vətəndaşları ile eyni şərtlər əsasında məhkəmə orqanları tərəfindən hüquqi müdafiə haqqına sahib olacaqlar. Müqavilə tərəfi olan hüquqi şəxslər də bu müqavilədən yararlana biləcəklər. Müqavilədə razılığa gələn bir tərəfin vətəndaşları mülki və ticarət işlərində razılığa gələn digər tərəfin ədliyyə idarələrinə razılığa gələn həmin tərəfin vətəndaşları ilə eyni şərtlərlə sərbəst iddia qaldırmaq hüququna malik olacaqları haqqında maddə də mövcuddur . Dördüncü hissədə yer alan 22-24 üncü maddələrdə isə, müqavilənin etibarlılığı, qüvvəyə minməsi ve müqaviləyə xitam verilməsi ile əlaqədar maddələri özündə ehtiva edir. Azərbaycan Respublikası qanunvericiliyində Beynəlxalq aktların aliliyi prinsipi mövcuddur. Belə ki, Azərbaycan Respublikası konstitusiyasının 151-ci maddəsində Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.
Anlaşmanın birinci hissəsində yer alan 1-5 inci maddələrində, hər iki ölkə vətəndaşlarına eyni cür yanaşma, məhkəmə orqanlarına eyni şərtlərlə başvurma haqqı, məhkəmə orqanları arasında ünsiyyət dili haqqında maddələr mövcuddur.
İkinci hissədəki 6-16 ncı maddələrdə isə , sənədlərin bildirişi , tərəf və şahidlərin dinlənilməsi, ekspertiza ve digər məhkəmə icraatının icrası ilə bağlı bildirişlər, bunların qarşı tərəfin məhkəmə orqanlarına çatdırılmasında izlənəcək üsullar, ekspertlərin ve şahidlərin huquqi müdafiəsi , zəmanətdən azad olunma ve hüquqi məsləhətlərdən yararlanma kimi müddəaları özündə cəmləşdirir.
Üçüncü bölümdəki 17-21 inci maddələrdə, mülki və ticarət işləri sferalarında məhkəmə qərarlarının tanınması ve icrasında izlənəcək üsul və şərtlər müəyyən olunmuşdur.
Mülki və Ticarət İşləri üzrə Hüquqi Əməkdaşlıq Haqqında Müqavilə’nin İcrası ve Tanınması was last modified: İyun 15th, 2022 by
Categories: